!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

32 yaşlı kişinin mədəsindən 60-dan çox qaşıq çıxarıldı - FOTO

!Reklam – Yazi

Hindistanda həkimlər kişinin mədəsindən 60-dan çox metal qaşıq çıxarıblar. 

Yenicag.az xəbər verir ki, adı açıqlanmayan 32 yaşlı xəstə həftə sonu şiddətli qarın ağrısı ilə təcili yardıma müraciət edib. Xəstə heç nə yeyib-içə bilmədiyini, bir müddət zəiflik hiss etdiyini bildirib.

Hindistanın “The National” qəzetinə danışan həkimlər bunun şiş olduğunu düşündüklərini, lakin rentgen və tomoqrafiya nəticələrində çoxlu yad cisimlə qarşılaşdıqlarını bildiriblər. İki saat davam edən əməliyyatda xəstənin mədəsindən qaşığın hissələri çıxarılıb.

Əməliyyatı həyata keçirən həkim Rakeş Xurana bu barədə açıqlama verib:

“Ətraflı müayinədən sonra bu yad cisimlərin polad qaşıq olduğunu anladıq. Onun mədəsində bu qədər qaşıq görəndə şoka düşdük. 63 qaşıq var idi. 35 illik peşə həyatımda belə halla rastlaşmamışam”, – deyə o,  bildirib. /Unikal/

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv