Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şahin Mustafayev Macarıstan nümayəndələrini qəbul edib

MacaristanNoyabrın 3-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat və sənaye naziri ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İndiyədək iki ölkə arasında iqtisadi sahə də daxil olmaqla, müxtəlif sahələr üzrə bir sıra sənədlər imzalanıb, 2014-cü ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi artıb. Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Macarıstana rəsmi səfər edəcəyini, səfər çərçivəsində iş adamları arasında biznes forumun keçiriləcəyini, yüksək səviyyəli səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına yeni impuls verəcəyini vurğulayıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla bir sıra sahələrdə uğurlu əməkdaşlığını diqqətə çatdırıb. Peter Siyarto əczaçılıq, heyvandarlıq, su təsərrüfatı və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Görüşdə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişafı imkanları, ticarət əlaqələrinin genişləndirilməsi, ekoloji layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

(apa.az)

Loading...

www.yenicag.az

529