397 nəfər imtahana gəlmədi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də keçirilən buraxılış imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb.
Yenicag.az lent.az-a istinadən xəbər verir ki, IX sinif üzrə keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib. TQDK-nın internet saytında 24827 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 20865 şagirddən 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.