44 milyon manatlıq əmlakın üzərinə həbs qoyuldu

media-hightechnic-468x90

Cari il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə milyon 44 milyon manat dəyərində qiymətləndirilən əmlakın üzərinə həbs qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.

Bildirilib ki, aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar üzrə vurulmuş maddi ziyandan 22 milyon 860 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 4 milyon 411 min manat vəsaitin ödənilməsinə nail olunub.

Eləcə də 44 milyon 384 min manat dəyərində qiymətləndirilən əmlakın üzərinə həbs qoyulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa