İdmançılarımız beynəlxalq triatlon yarışında qızıl medal qazandı
Azərbaycanlı idmançılar Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışına qatılıblar.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
“Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında gənc idmançılarımızdan Əli Rzazadə qızıl, Riad Abbaszadə isə bürünc medal qazanıblar”, – nazirlikdən bildirilib.













