!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

47 yaşlı qadın özünü binadan atdı – Bakıda

!Reklam – Yazi

Bakının Binəqədi rayonunda 47 yaşlı qadın özünü yaşadığı binanın dördüncü mərtəbəsindən aşağı atıb.

SalamNews-un xəbərinə görə, hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Ağır xəsarətlər alan Gülarə Məlikova 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanadan G.Məlikovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktı Binəqədi Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Yenicag.az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv