Məhkəmə Zaur Naxçıvanskini həbs etdi

media-hightechnic-468x90

Məhkəmə Orenburqda saxlanılan “qanuni oğru” Zaur Naxçıvanski (Zaur Şipilov) haqqında həbs qərarı verib. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

39 yaşlı Zaur Azərbaycan kriminal dünyasının Rusiyadakı ən məşhur nümayəndələrindən biri hesab olunur.

Şipilova qarşı cinayət ierarxiyasında yüksək vəzifə tutma maddəsi ilə cinayət işi açılıb.

Onun atası Bayram Talıbov da tanınmış azərbaycanlı kriminal avtoritet olub. 2006-cı ildə Bayram Talıbov digər qanuni oğru Hikmət Muxtarovla birlikdə Moskvada öldürülüb. Zaur Naxçıvanski uzun müddət Türkiyədə yaşayıb, 27 yaşında qanuni oğru kimi “tac taxıb”. 2015-ci ildə Moskvada külli miqdarda heroinlə saxlanılıb, bundan sonra 3 il həbsdə olub və 2018-ci ildə azadlığa çıxıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600