Reklam: High Technic
hightechnic

6 gün əvvəl itkin düşən 4 balıqçı İranda tapıldı

106167_res_01Avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb.

Bu barədə virtualaz.org saytının Şirvan bürosuna itkin balıqçılardan birinin qohumu, Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.

T.Əliyev bildirib ki, Neftçala rayonunun Qoltuq kənd sakinləri olan 4 balıqçı sağ-salamatdır: “Həmin 4 nəfərin ailələrinə verilən məlumata görə, onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar”.

Xatırladaq ki, Neftçala rayon sakini Tarıverdi Əliyev virtualaz.org saytına bir gün əvvəl demişdi ki, aralarında xalası oğlunun da olduğu 4 neftçalalı balıqçı avqustun 10-dan itkin düşüblər.

Həmin şəxslər bunlar idi:

Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü

Abbasov Sahib Qarakişi oğlu, 1964-cü il təvəllüdlü

Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü

Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü.

T.Əliyevin verdiyi məlumata görə, adıçəkilən şəxslər 6 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur. Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən isə onlara bildirilmişdi ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb.

www.yenicag.az

224