619 PKK terrorçusu öldürülüb

media-hightechnic-468x90

ee9d623979c238d5c770ccfe724b79f6Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda iki ay davam edən hərbi əməliyyatlar nəticəsində 619 PKK terrorçusu məhv edilib.

media-banner_tuq

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, təkcə dünən 16 terrorçu öldürülüb, baxış keçirilən 8 binadan 24 PKK-çının meyiti tapılıb: “Hazırda Silahlı Qüvvələr rayona tam nəzarəti bərpa edib. İndiyədək terrorçulara aid xeyli silah-sursat ələ keçirilib. Rayonda əməliyyat-axtarış və təmizlənmə tədbirləri davam edir”.

Qeyd edək ki, rayonda iki ay əvvəl hərbi əməliyyatlara başlanılıb, ötən il dekabrın 14-də komendant saatı elan olunub. Hərbi əməliyyatlar fevralın 11-də başa çatsa da, komendant saatının hələ bir müddət davam edəcəyi açıqlanıb.(APA)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05