66 milyon illik skelet rekord qiymətə satıldı

media-hightechnic-468x90

İndiyədək tapılan triçeratops tipli dinozavrların ən böyüyü hesab olunan “Con”un skeleti Parisdə keçirilən hərraca çıxarılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, 66 milyon il əvvələ məxsus olan skelet 6,65 milyon avroya (təxminən 13 milyon 145 min manat) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.

Qeyd edək ki, “Con” adlı triçeratops 2014-cü ildə Amerikanın Cənubi Dakota ərazisində aşkar olunub. Alimlər onun sümüklərinin yalnız 60%-ni tapa biliblər. Dinozavrın skeleti 200 sümükdən ibarətdir. Onun uzunluğu 8, hündürlüyü isə 3 metrdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600