9 körpənin öldüyü xəstəxana bağlandı

media-hightechnic-468x90

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində doqquz körpənin öldüyü 1 nömrəli Doğum Evinin fəaliyyəti məhkəmə tərəfindən 90 gün müddətinə dayandırılıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Xatırladaq ki, 13 yanvar tarixində Novokuznetsk 1 nömrəli Doğum Evində 2026-cı ilin yanvar ayında doqquz körpənin öldüyü bildirilmişdi.

Kuzbass Səhiyyə Nazirliyinin məlumatına görə, 1 dekabrdan 11 yanvara qədər xəstəxananın reanimasiya şöbəsində 32 körpə müalicə alıb, onlardan 17-nin vəziyyəti ağırdır.

Körpələrin ölümü ilə bağlı cinayət işi açılıb. Epidemioloji vəziyyətlə əlaqədar doğum evi qəbulu dayandırıb. Xəstəxananın baş həkimi Vitali Xeraskov vəzifəsindən kənarlaşdırılıb və barəsində 13 marta qədər ev dustaqlığı cəzası verilib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa