Deputatlar Vaşinqtona gedəcəklər

media-hightechnic-468x90

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.

Yenicag.az xəbər verir ki, deputatların Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə bu ölkə Konqresinin Senatında, Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Səfər noyabrın 21-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600