ABŞ-dan Gülən məktəblərinə şok zərbə – Ağır ittihamlar
-
dövlət əmlakının mənimsənilməsi
-
haqsız qazanc əldə edilməsi
-
şagird sayı ilə bağlı rəsmi qurumlara yalan məlumat vermə
-
şagirdlər arasında “cinsi əlaqənin yayğınlaşması”
Fətullah Gülənin məktəbləri ilə bağlı problem sadəcə Türkiyədə deyil. Türkiyədə və Azərbaycanda məktəblərini başqa şəxslərin adı ilə rəsmiləşdirərək davaç edən Gülənin ABŞ-da da məktəbləri ciddi problemlə üzləşib. Belə ki, ABŞ-ın Ohioda əyalətində ” charter school” olaraq tanınan məktəblərindəki yoxlama bir sıra qanunsuzluqları ortaya çıxarıb. Ohio Əyaləti baş müfəttişi Dave Yost, “Gülən məktəblərində gördüklərim qarşısında dilim tutuldu” deyib.
Yenicag.az türk mediasına istinadən bildirir ki, Gülən məktəblərində aparılan araşdırmalar zamanı dövlət əmlakının mənimsənildiyi, haqsız qazanc əldə edildiyi, şagird sayında rəsmi qurumlara yalan məlumat vermə, şagirdlər arasında “cinsi əlaqənin yayğınlaşması” kimi faktlar üzə çıxıb və hazırda yoxlama işləri davam etməkdədir.
O da qeyd olunur ki, hər keçən gün Gülən məktəblərinin şagird sayı azalmaqdadır. Belə ki, bir ay ərzində şagird sayı 342-dən 306-ya düşüb.
Gülən məktəblərinin ABŞ-da da baha olduğuna diqqət çəkilən xəbərdə şagirdlərin ildə 5500 dollar verdikləri, ancaq nəqliyyat, elmi araşdırmalar kimi xərclərlə bu məbləğ 9 min dollara yüksəlir.
Qeyd edək ki, Ohio Təhsil Müdirliyi, ” paralel şəbəkə” ilə əlaqəli “Horizon Science Academy Dayton” adlı liseyə keçən yay da müxtəlif şikayətlərlə bağlı istintaq işi açmışdı.
Müəllimlər, rəhbərliyi “məktəbdə əyalət adına keçirilən imtahanlarda köçürmələrin olmasını, qeyri-professional təlimçilərin çalıştırıldığını və məktəb içində şagirdlər arasında yaşanan “cinsi əlaqə” hadisələrinin vəlilərə bildirilmədiyi” ittihahımı ilə günahlandırmışdı.
Gülənə məxsus bu məktəb, həmçinin ötən ilin iyun ayında federal səviyyədəki bir texnologiya proqramında qanunsuzluq etdiyinə görə, Federal Təhqiqat Bürosu (FBI) tərəfindən də istintaqa məruz qalmışdı.
Dayton şəhərindəki Dayton Xalq Məktəbləri İdarə heyətinin üzvü Adil Bağırov da paralel şəbəkə ilə əlaqəli məktəblərin Türkiyənin imicinə və öz məktəblərinə da mənfi təsir etdiyini söyləyib. Bağırov, “Gülən məktəbləri yalnız türklərin deyil, eyni zamanda müsəlmanların da adını qaralayır” deyə açıqlama verib.
Yenicag.az
P.S. Bu xəbərin başlığını oxuyaraq, “bəs ABŞ bunları dəstəkləyirdi” sualını verəcək şəxslərin nəzərinə. Gülən ABŞ-a getdiyi gündən bəri əksər vaxtlarda nə FBI, nə də digər qurumlarla arası yaxşı olmadı. Bir CIA xaric… FBI bir neçə il öncə Gülənin ABŞ-dan deportasiyasını tələb etdikdə, CIA buna mane oldu. Bu barədə illərdən bəri Güləni araşdıran FBI məsləhətçisi, professor Paul L.Willamsın sözlərinə görə, Gülənin köhnə CIA şeflərindən Graham Fullerin təqdimatı ilə ABŞ-da qalmaqdadır. Dünyanın bir sıra radikal örgütü haqqında müsbət fikirləri ilə gündəmə gələn Fuller, məhkəmədə Gülənin ABŞ-dan çıxarılmasının amerikan maraqlarına zərbə olacağını dilə gətirib. Bir sözlə, ABŞ hər zamankı kimi ikili oynamaqda davam edir…