Ukrayna ordusunun qırıcısı qəzaya uğradı
Ukrayna Hərbi Hava Qüvvələri “Su-27” qırıcısı Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
Yenicag.az bildirir ki, bu barədə Ukraynanın 39-cu Taktiki Aviasiya Briqadası məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində 39-cu Taktiki Aviasiya Briqadasının pilotu mayor Borovik Aleksandr Nikolayeviç həlak olub. Pilotun 30 yaşı var idi.
Ukrayna Silahlı Qüvvələri vəd verib ki, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdiriləcək./Oxu.az/