QHT sədri: “Saxta medal və ordenlər utancverici haldır”

media-hightechnic-468x90

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi təşkilatların qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi ilə bağlı birgə bəyanatı ictimai müzakirələrə səbəb olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev məsələ ilə bağlı sərt mövqeyini bildirib:

“Bu kimi hallar çox utancvericidir və bunu edənlər anlamalıdırlar ki, dövlətin qanunları var və dövlətimizin təsis etdiyi medallar var. Onlara paralel medal hazırlamaq özü qanunsuz əməldir”, – deyə o vurğulayıb.

Ramil Əliyev qeyd edib ki, QHT-lərin əsas məqsədi ictimai fayda vermək, cəmiyyətin inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, ötən dövrdə dəfələrlə bəzi QHT-lərin bu cür saxta orden və medallar təsis etməsi və təqdim etməsi barədə məlumatlar yayılıb, bu məsələ ilə bağlı narazılıqlar gündəmə gəlib. /Qht.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05