!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abdullahianın gözlənilən Bakı səfəri: İran XİN rəhbərinin gəlişi nəyi dəyişəcək? - RƏY

!Reklam – Yazi

“İran ali dini rəhbəri Ayətullah Əli Xameneyi, İran Prezidenti İbrahim Rəisinin İran-Azərbaycan münasibətləri ilə bağlı müsbət fikirləri olmasa, XİN rəhbərindən ciddi nəticə gözləmək əbəsdir. Bir çox məsələlər həll olunmadan münasibətlərin düzəlməsi qeyri-mümkündür”.

Bu fikirləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana gəlişinin iki ölkə arasındakı gərgin münasibətlərin tənzimlənməsinə mümkün təsirindən danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.Politoloqun sözlərinə görə, iki ölkə arasında uzunmüddətli gərginlikdən sonra İran-Azərbaycan XİN rəhbərlərinin görüşündən münasibətlərin normallaşması istiqamətində müsbət addım gözləmək olmaz:

“Çünki İran bu günə qədər Azərbaycana qarşı atdığı təxribat addımlarına görə nə üzr istəyib, nə də etiraf dilə gətirib. İranda XİN rəhbərindən daha böyük vəzifəli şəxslər var. Yəni Hüseyn Əmir Abdullahian ali rəhbərin, prezidentin fikirlərini səsləndirə bilər, lakin onları tapdayıb özündən hansısa qərar verə bilməz.

İran ali dini rəhbəri Ayətullah Əli Xamenei, İran Prezidenti İbrahim Rəisinin İran-Azərbaycan münasibətləri ilə bağlı müsbət fikirləri olmasa, XİN rəhbərindən ciddi nəticə gözləmək əbəsdir. Görüşün detallarına baxacağıq. Detallarda müzakirə olunan məsələlər bizə münasibətlərin düzəlib, düzələ bilməyəcəyi haqqında xəbər verəcək.

Yəqin ki, görüşdən öncə İran XİN rəhbərindən açıqlama gələcək. Açıqlama gəldikdən sonra analiz edilərək yekun nəticə ortaya qoyulacaqsa, müsbət irəliləyiş müşahidə edə bilərik. Əks təqdirdə, mümkün deyil, çünki Azərbaycan qəti olaraq İranın qarşısına şərt qoyub. Bir çox məsələlər həll olunmadan münasibətlərin düzəlməsi qeyri-mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv