Netanyahu və Tramp ABŞ-da görüş barədə razılığa gəldilər
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampla yaxın vaxtlarda ABŞ-da görüş keçirmək barədə razılığa gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, Netanyahu ilə Tramp arasında baş tutan telefon danışığı zamanı tərəflər görüşün yaxın zamanda ABŞ-da keçirilməsi barədə razılığa gəliblər.
Məlumata görə, Netanyahu ABŞ liderinə iki ölkə arasında mövcud olan sıx əlaqələri yüksək qiymətləndirdiyini də bildirib.













