!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aborta qadağa qoyulmasa, müharibədə qalib gələ bilməyəcəyik” - Rusiyalı deputat - VİDEO

!Reklam – Yazi

“Aborta qadağa qoyulmasa, Rusiya müharibəni uda bilməyəcək”.

Yenicag.az xəbər verir ki, Rusiya Dövlət Duması özəl klinikalarda abortların tamamilə qadağan edilməsini və qadınların abort hüququnun ciddi şəkildə məhdudlaşdırılmasını təklif edib.

Deputatlar həmçinin bildiriblər ki, embrionun ruhu hamiləlik anında görünür və abortlar qadağan olunana qədər Rusiya “xüsusi hərbi əməliyyat”da qalib gəlməyəcək.

Onlar abort edilə bilən hamiləlik müddətini 8 həftəyə endirmək istəyirlər (bu mərhələdə bəziləri hamilə olduqlarını belə bilmirlər).

Hamiləliyin dayandırılmasının yalnız hər iki valideynin razılığı ilə aparılması təklif edilib.

Həmçinin abortun icbari tibbi sığortadan çıxarılmasına çağırılıb.

Sosial səbəblərdən abort müddətini isə yarıya – 12 həftəyə qədər azaltmaq istəyirlər.

Xuraman Etibarlı

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv