Əməkdar artist: “Zəng edib yalvarırdılar, bizi onların əlində qoymayın”

media-hightechnic-468x90

“Deyirdilər, biz o musiqilər üçün acıq, yalvarırdılar ki, belə konsertləri tez-tez edin”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Mətanət İsgəndərli “Tarixin bir günü” verilişində deyib

Müğənni bildirib ki, konsertindən sonra ona zəng edən insanlar, təqdim etdiyi musiqilərin onları rahatlatdığını və belə konsertlərin tez-tez keçirilməsini istədiklərini söyləyiblər.

“Konsertimdən sonra telefonlarım susmurdu, insanlar zəng edirdilər və deyirdilər: ‘Sənin konsertində ruhumuz dincəldi, biz o musiqilər üçün acıq qalmışdıq.’ Yalvarırdılar ki, belə konsertləri tez-tez edin. Amma bu, müəyyən maliyyə tələb edir. İnsanlar bunu məndən istəyirlər, amma mənim üçün maddiyat əsas deyil. Onlar ‘Noolar, tez-tez konsert edin, bizi filankəslərin əlində qoymayın’ deyirlər. Hamı onları tanıyır, amma mən o müğənnilərin adlarını çəkmirəm. Çünki son zamanlar Quranı çox oxuyuram və orada buyurulur ki, insanların eyiblərini açmaq günahdır, onları örtmək lazımdır.”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600