ABŞ-dan Rusiyaya QADAĞA - Qərar bu gün qüvvəyə minir

media-hightechnic-468x90

ABŞ Rusiyanı silah ixracının və idxalının tam qadağan olunduğu ölkələrin siyahısına daxil edib.

Yenicag.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında dərc olunan sənədə əsasən, qərar martın 18-dən qüvvəyə minir.

“Birləşmiş Ştatların siyasəti Rusiya üçün nəzərdə tutulan müdafiə məhsullarının və xidmətlərinin ixracına və ya digər icazələrə lisenziya verilməsindən imtinanı nəzərdə tutur”, – deyə sənəddə bildirilir.

Dövlətlərin kosmos sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək əməliyyatlar və sentyabrın 1-dək kommersiya kosmik uçuşları istisna təşkil edir.

Sənədə əsasən, Rusiya siyahıda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə bir sırada yer alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600