Nümayişlər İran hakimiyyətini parçalayır – Pezeşkianın əksinə, molla rejimi… 

media-hightechnic-468x90

İranda getdikcə şiddətlənən etirazlar iqtidar içərisində də ciddi fikir ayrılığını ortaya qoyur. Belə ki, qəzəbli küçə aksiyaları hakimiyyət institutlarını həssas bir güc balansı sınağı qarşısında qoyur.

Yenicag.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian “milli təhlükəsizliyin qorunması məqsədilə” etirazçılara qarşı təhlükəsizlik tədbirlərinin tətbiqini qadağan edən göstərişlər yayımladığı halda, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Mühisini Ejei etirazçıları “üsyançılar” və “düşmənə yardım edənlər” adlandıraraq onlara qarşı “sıfır tolerantlıq” göstəriləcəyi barədə xəbərdarlıq edib və ritorikasını sərtləşdirib.

Bu arada, Tehranın Böyük Bazarındakı tacirlər dünən 11-ci gününə çatan tətili davam etdiriblər. Zərgərlik, parça və xalça mağazalarının əksəriyyəti hələ də qapılarını bağlı saxlayır. Paytaxtın müxtəlif məhəllələrində yüksək qiymətlər və inflyasiyaya qarşı şüarlar səsləndirilib, vaxtaşırı toqquşmalar yaşanıb. İnternetdə yayılan videolarda təhlükəsizlik qüvvələrinin Tehranın şərqində gözyaşardıcı qazdan istifadə etdiyi görünür. Bütün bunlar fonunda etiraz hərəkatı ölkənin 31 vilayətindən 28-nə yayılıb.media-eli-haciDünya Azərbaycanlıları Konqresinin (DAK) Avropa təmsilçisi Əli Hacı İranda baş verən etirazlarla bağlı bildirib ki, Pezeşkianın etirazçılara qarşı zorakılığın qadağan edilməsi ilə bağlı verdiyi göstərişlər cəmiyyətin artan narazılığını anlayan daha rasional yanaşmanın göstəricisidir:

“Pezeşkianın təhlükəsizlik güclərinin sərt müdaxiləsinə qarşı çıxması İran cəmiyyətində uzun illərdir boğulan sosial və iqtisadi narazılıqların artıq gizlədilə bilmədiyini göstərir. Bu, mövcud sistem daxilində nadir hallarda görünən praqmatik mövqedir”.

Lakin DAK təmsilçisi bununla yanaşı, molla rejiminin ümumi siyasətini kəskin tənqid edib. Onun sözlərinə görə, problem ayrı-ayrı şəxslərdə deyil, sistemin özündədir:

“Molla rejimi xalqı “üsyançı”, “xarici qüvvələrin əlaltısı” adlandırmaqla öz acizliyini ört-basdır etməyə çalışır. Bu rejim illərdir zor, qorxu və iqtisadi təzyiq üzərində dayanıb və artıq legitimliyini itirib”.

Əli Hacı vurğulayıb ki, bazarların bağlanması, kütləvi etirazların 31 vilayətin 28-nə yayılması rejimin dərin böhran içində olduğunu açıq şəkildə ortaya qoyur:

“Bu, təkcə iqtisadi etiraz deyil, bu, molla rejiminə qarşı yığılıb qalmış ümumi nifrətin partlayışıdır. Rejim nə qədər sərtlik göstərsə, uçurum bir o qədər dərinləşəcək”.

Amir Aqiloğlu

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa