ABŞ-dan Rusiyaya təhdid

media-hightechnic-468x90

71646Türkiyədə təşkil olunacaq NATO üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin Sammitində Ukraynanın cənub-şərqində baş verən münaqişədə Rusiyanın iştirakı əsas müzakirə mövzusu olacaq.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

O, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşdə deyib ki, NATO-nun bu sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələsi prioritet təşkil edəcək, həmçinin bu təhdidə və təhlükəyə qarşı cavab üsullarına baxılacaq. Rusiyaya hərb yolu ilə cavab verilə bilər. Əminəm ki, ekstremistlər NATO-un cənub üzrə genişlənməsinə mane ola bilməyəcəklər.

Xatırladaq ki, NATO üzv ölkələrinin XİN başçılarının sammiti bu il mayın 13-14-də Antalyada keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600