Hörmüz boğazında Oman yaxınlığından keçən gəmilərin sayı minimuma endi
Bir neçə gəminin həftəsonu geri dönməsindən sonra Hörmüz boğazından Oman sahilləri boyunca keçən gəmilərin sayı minimuma enib.
Yenicag.azz bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, iyulun 3-ü və 4-də Hörmüz boğazında hərəkət edən azı səkkiz gəmi qəfil geri dönüb. Onlardan dördü daha sonra kursunu dəyişərək İran sahilləri boyu marşrutla boğazı tərk edib.
Geri dönən gəmilər arasında neft tankerləri, balkerlər və avtomobil daşıyan gəmilər olub. “Kpler” analitik şirkətinin məlumatına görə, iyulun 4-də boğazı hər iki istiqamətdə 19 gəmi keçsə də, onlardan yalnız biri Oman marşrutundan istifadə etdiyini açıq şəkildə bəyan edib. İyulun 3-də isə bu marşrutla 13 gəmi hərəkət etmişdi.
Agentlik qeyd edir ki, baş verənlərlə bağlı rəsmi izahat verilməyib. Bununla belə, “Bloomberg” Tehranın gəmilərin boğazdan yalnız İran tərəfindən təsdiqlənmiş marşrutlarla keçməli olduğunu bəyan etdiyini xatırladıb.













