ABŞ dövlət katibi Kim Çen İnla görüşüb

ABŞ dövlət katibi Maykl Pompeo Pxenyana səfəri çərçivəsidə KXDR lideri Kim Çen Inla görüşüb.

Yenicag.az  xəbər verir ki, bu barədə diplomat şəxsi  “Twitter” səhifəsində yazıb.

“Kim Çen Inla görüşmək üçün Pxenyana səfərim yaxşı oldu. Sinqapurda keçirilən sammitdə bağlanmış sazişlər üzrə irəliləyişə nail olmaqda davam edirik”, – deyə Pompeo qeyd edib.

Qeyd edək ki, bu Pompeonun Pxenyana dördüncü səfəridir.

ABŞ-ın dövlət katibi bundan əvvəl Tokioda olub. O, Yaponiya paytaxtında baş nazir Sindzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.

COP29