ABŞ-ın şərtlərinə qarşı İrandan beş TƏLƏB

media-hightechnic-468x90

 

media-banner_tuq

İran mediası ABŞ-la mümkün danışıqlarla bağlı tərəflərin irəli sürdüyü şərtləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, “Fars” Xəbər Agentliyi Pakistanın vasitəçiliyi ilə aparılan müzakirələrdə tərəflərin təklifləri qarşılıqlı rədd etməsindən sonra dalana dirəndiyini yazıb.

Məlumata görə, ABŞ İranın uran ehtiyatlarının təhvil verilməsi, yalnız bir nüvə obyektinin fəaliyyət göstərməsi və dondurulmuş vəsaitlərin cəmi 25 faizinin açılması kimi şərtlər irəli sürüb.

Tehran isə danışıqlar üçün bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin tam açılması, müharibə təzminatı və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınmasını tələb edir.

İran XİN rəhbəri Abbas Araqçı bildirib ki, Vaşinqtondan danışıqların davamı ilə bağlı mesajlar alsalar da, ABŞ-ın “ciddi və ədalətli razılaşmaya hazır olduğuna” hələ əmin deyillər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05