Parisdəki qanlı teror aktlarından sonra ABŞ-ın 50 ştatından 26-sının qubernatoru Suriya qaçqınlarını qəbul etməkdən imtina ediblər.
Qubernatorlar bunu terrorçulardan birinin Fransaya suriyalı qaçqın kimi gəlməsinə görə ediblər.
Onların fikrincə, federal hökumət Amerikada yerləşdiriələcək qaçqınların terrorçu olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkəcək. Arizona ştatının qubernatoru Daq Dyusi və Ayova ştatının qubernatoru Terri Brensted isə qaçqın məsələsini Ağ Ev və Senatla müzakirə edəcəkələrini deyib.
Rəsmi Vaşinqton 2011-ci ildən başlayaraq cəmi 1500 suriyalı qaçqına sığınacaq verib. Lakin prezident Barak Obama ilin sonuna qədər ölkəsinin 30 min qaçıqna sığınacaq verəcəyini açıqlamışdı(Modern).
www.yenicag.az