Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: “Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir” – VİDEO

media-hightechnic-468x90

Müğənni və bəstəkar Cavanşir Babalıoğlu DREAM Fest festivalı ilə bağlı fikirlərini bölüşərək təşkilatçılara müraciət edib.

Yenicag.az-ın məlumatına əsasən, o bildirib ki, DREAM Fest Azərbaycanın adını dünyada tanıdan, ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edən uğurlu beynəlxalq layihələrdən biridir və bu təşəbbüs alqışa layiqdir.

media-banner_tkm

Sənətçi qeyd edib ki, ötən il festival çərçivəsində Rusiya estradasının tanınmış sənətkarlarına həsr olunmuş yaradıcılıq gecələrinin keçirilməsi uğurlu addım idi. Onun fikrincə, bu ənənə Azərbaycan musiqisinin canlı əfsanələri ilə də davam etdirilməlidir.

Cavanşir Babalıoğlu hesab edir ki, Flora Kərimova və Zeynəb Xanlarovaya həsr olunacaq yaradıcılıq gecələri həm festivalın tarixində, həm də Azərbaycan musiqi mədəniyyətində mühüm hadisə olardı.

O bildirib ki, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Mirzə Babayev, İlhamə Quliyeva və Aygün Bəylər kimi sənətkarların irsi yaşadılmalı, sağ olan böyük sənətkarlar isə hələ həyatdaykən layiq olduqları ehtiramı görməlidirlər.

Müğənni həmçinin Sezen Aksu, Ajda Pekkan, Tarkan, Murat Boz, Hadise, Aleyna Tilki kimi Türkiyə ulduzlarının, eləcə də Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Sevda Ələkbərzadə, Natavan Həbibi, Elnarə Xəlilova, Samirə Məryəm, Samir Cavadzadə, Lətifə, Ümman, hətta özünün və digər Azərbaycan ifaçılarının festivalda iştirakının layihəni daha da rəngarəng edəcəyini vurğulayıb.

Cavanşir Babalıoğlu əlavə edib ki, Leyla xanım Əliyevanın sözlərinə bəstələdiyi “Молитесь” mahnısının da belə bir beynəlxalq səhnədə səslənməsi Azərbaycan musiqisinin təbliğinə töhfə verə bilər.

Sənətçi sonda bildirib ki, məqsədi festivalı tənqid etmək deyil. Onun arzusu DREAM Fest-in ildən-ilə daha da zənginləşməsi, Azərbaycan musiqisinin və Türk dünyasının böyük sənətkarlarına daha geniş yer verməsidir./ Mıa.az/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05