ABŞ Ukraynada müzakirələr aparacaq
ABŞ Dövlət Katibi Con Kerri Ukraynaya səfər edəcək.
Yenicag.az xəbər verir ki, cənab Kerri Ukrayna prezidenti Petro Poroşenko və baş nazir Arseni Yatsenyukla görüşəcək.
Prezident Barak Obama da Donetsk və Luqansk şəhərlərində vəziyyətin gərginləşməsində Rusiyanı günahlandırıb. Rusiya isə Ukrayna və Qərbin bu ittihamlarını rədd edirək qoşunlarını sərhədə göndərir. Son həftələrdə döyüşlər intensivləşərək sentyabrda əldə olunmuş atəşkəsi geridə qoyub.
Vaşinqton hazırda Ukrayna hökumətinə Rusiyapərəst üsyançılarla döyüşmək üçün silah göndərib-gördərməməyi müzakirə edir.
Ağ Evin yeni seçilmiş müdafiə katibi Eşton Karter müzakirələrdə silah göndərməyin tərəfdarı olduğunu bildirib. Milli Təhlükəsizliyin sözçüsü Bernadette Mehan hələlik heç bir qərarın verilmədiyi və ABŞ-ın mütəmadi olaraq Ukrayna ilə bağlı siyasətini nəzərdən keçirdiyini bildirib.
Prezident Barak Obama Ukrayna Ordusunu birbaşa silahlandırmağın tərəfdarı deyil, çünki ABŞ və Rusiya arasında qeyri-rəsmi döyüşlərin olmasından narahatdır.
Müzakirələr son günlər Ukraynanın şərqində başlanan qəfil qızğın döyüşlərdən sonra aparılır.
Qeyd edək ki, ABŞ hazırda Ukraynanı qaz maskaları və radar texnologiyaları kimi qeyri-döyüş sursatları ilə təmin edir.
(anspress.com)