ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri və döyüş sursatı daxil olmaqla 600 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bəyan edib.
“Bu gün Müdafiə Nazirliyi Ukraynaya Hərbi Yardım Təşəbbüsü çərçivəsində yeni hərbi yardım paketini elan edib. Bu 600 milyon dollarlıq paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün avadanlıq, artilleriya döyüş sursatları və digər əşyalar daxildir”, – deyə bildirib.
Pentaqonun internet saytında dərc edilmiş sertifikatdan məlum olduğu kimi, paketə, həmçinin HIMARS üçün mərmilər, 105 mm-lik mərmilər, elektron müharibə avadanlığı və minalardan təmizləmə avadanlıqları daxildir.
Pentaqon ABŞ-nin Kiyevə 2022-ci ilin fevral ayının sonundan indiyədək isə 43,7 milyard dollar ayırdığını bildirib./Azertag/
www.yenicag.az