Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar ABŞ və İranın bu ölkədəki diplomatik nümayəndəlikləri bu gün bağlı olacaq.
Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İranın İstanbul, Ərzurum və Trabzondakı baş konsulluqları bu gün fəaliyyət göstərməyəcək. İranın Ankaradakı səfirliyi vətəndaşlara diplomatik nümayəndəliklərə getməməyə tövsiyə edib.
ABŞ-ın Ankaradakı səfirliyi, İstanbul və Adanadakı baş konsulluqları da bu gün bağlı olacaq.
Yeniçağ.Az
www.yenicag.az