Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO
Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara yol açıb. Yolun iki müxtəlif nöqtəsində torpaq sürüşməsi aktivləşib, nəticədə asfalt örtüyü tamamilə dağılıb.
Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız hala düşüb. İndi sürücülər hərəkət üçün alternativ və təhlükəli yollardan istifadə etməyə məcbur qalıblar. Kənd sakinləri və sürücülər vəziyyətin günbəgün daha da pisləşdiyini bildirirlər.
Yenicag.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
Həmin videonu təqdim edirik:













