ABŞ YPG-ni silahlandırır: Terrorçulara yeni silahlar göndərilib

media-hightechnic-468x90

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ terrorçu PKK-nın Suriya qolu olan YPG-yə yeni silahlar göndərir.

Məlumata görə, silahlar iki gün əvvəl YPG-nin Haseke yaxınlığındakı düşərgəsində terrorçulara təhvil verilib. Bu barədə danışan YPG təmsilçisi aşağıdakıları deyib:

“ABŞ və İŞİD əleyhinə yaradılan beynəlxalq koalisiyanın üzvləri Suriya Demokratik Qüvvələrinə (DSQ) davamlı surətdə silah verir və təlim keçirlər. Biz də YPG olaraq, DSQ-nin tərkibindəyik. ABŞ və koalisiya üzvləri İŞİD-ə qarşı mübarizə üçün binokllar, zirehli jilet və dəbilqələr, lazer müşahidəli silahlar, rabitə cihazları, o cümlədən yüngül atıcı silahlar verdi”.

Onun sözlərinə görə, çatdırılan silahlar Rakka əməliyyatında istifadə üçün nəzərdə tutulub.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600