AÇG və “Şahdəniz” üzrə gəlirlər açıqlandı

media-hightechnic-468x90

Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” üzrə 01 yanvar 2022-ci il tarixinə olan gəlirlər açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Yenicag.az-a bildirilib ki, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 155,373 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib. 01.01.2021 tarixdən 01.01.2022 tarixinə AÇG yatağından 5 968,4 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.

“Şahdəniz” yatağı üzrə isə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 4,551 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib.
“Şahdəniz” yatağından (qaz və kondensat) – (01.01.2021 – 01.01.2022 tarixinə): 884,793 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2021 – 01.01.2022 tarixinə) 302,817 mln. ABŞ dolları olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa