Adam oğurluğunda ittiham olunan qardaşlara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib, məhkəmə zalında həbs edilib.

Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

İttihama görə, 2014-cü il dekabrında Fərid Azayev bir qrup şəxslə iki qızı oğurlayaraq, onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Faiq Azayev və Sona Kərimova barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Yeniçağ.az

Loading...