ADY Mingəçevirdəki hadisəyə aydınlıq gətirdi

media-hightechnic-468x90

Ötən gecə Mingəçevirdə qatar maşınla toqquşmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Bildirilib ki, Mingəçevirdə gecə saatlarında “Kia Sorento” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryolu xəttinin orta hissəsinə düşüb:

“Həmin vaxt ərazidə qatar hərəkətdə olmayıb”.

Qeyd edək ki, qəza nəticəsində dörd nəfər – 1991-ci il təvəllüdlü Tural Zahid oğlu Zeynalov, 1991-ci il təvəllüdlü Asif Alman oğlu Paşayev, 1991-ci il təvəllüdlü Gülşən Əli qızı Paşayeva və 1996-cı il təvəllüdlü Züleyxa Hüseyn qızı Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa