Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
“Unikal” xəbər verir ki, Region Liqası ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Region Liqasının “İmişli” – “Cəbrayıl” oyununda matçın 75-ci dəqiqəsində “İmişli” komandasının 15 nömrəli futbolçusu Allahverdi Fərzəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).
19.03.2022-ci ildə Region Liqasının “Batabat” – “Babək” oyununda “Batabat” komandasının 17 nömrəli futbolçusu Kamil Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
19.03.2022-ci ildə Region Liqasının “Batabat” – “Babək” oyununda “Batabat” komandasının məşqçisi Pərvin Əsədli hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 41.4).
19.03.2022-ci ildə Region Liqasının “Batabat” – “Babək” oyununda matç bitdikdən sonra “Batabat” komandasının 6 nömrəli futbolçusu Bakir Adıgözəlov hakimlər briqadasını təhqir etməsinə və fiziki təsir göstərməyə cəhd etməsinə görə 8 oyun cəzalanır (maddə 37.7, 41.3).
19.03.2022-ci ildə Region Liqasının “Əlincə” – “Kəngərli” oyununda “Kəngərli” komandasının 16 nömrəli futbolçusu Zakir Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
19.03.2022-ci ildə Region Liqasının “Əlincə” – “Kəngərli” oyununda matçın 90+5-ci dəqiqəsində “Kəngərli” komandasının 17 nömrəli futbolçusu Mirəli Seyidov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
19.03.2022-ci ildə Region Liqasının “Əlincə” – “Kəngərli” oyununda matçın 87-ci dəqiqəsində “Kəngərli” komandasının baş məşqçisi Fuad Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır (maddə 37.7, 37.10).
20.03.2022-ci ildə Region Liqasının “Araz” (Naxçıvan) – “Arpaçay” (Şərur) oyununda “Arpaçay” (Şərur) komandasının 7 nömrəli futbolçusu Nurlan Əfsəllədinzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
26.03.2022-ci ildə Region Liqasının “Əlincə” – “Araz” (Naxçıvan) oyununda “Əlincə” komandasının 13 nömrəli futbolçusu Məmməd Məmmədov oyunun 88-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
06.03.2022-ci ildə Region Liqasının “Energetik” – “Karvan” oyununda “Karvan” komandasının 3 nömrəli futbolçusu Məhəmmədəli Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
www.yenicag.az