!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA rəhbərliyinə seçkilərlə bağlı ŞOK AÇIQLAMA: “Qurban Qurbanov bir ildən sonra istefa verəcək”

!Reklam – Yazi

 

“Rövnəq Abdullayevin gedəcəyi dəqiqləşəndən sonra ictimaiyyətdə inam yaranmışdı ki, indiyə qədər baş verən uğursuzluqlardan sonra AFFA peşəkarlara tapşırılacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

Mütəxəssis AFFA rəhbərliyinə bu gün keçirilən seçkilərdən söz açıb. O bildirib ki, Azərbaycan futbolu yenə də diletantların, qeyri-peşəkarların nəzarətinə verildi:

“Rövşən Nəcəfə “Neftçi” həvalə olunmuşdu. Yəqin fikirləşirdilər ki, AFFA prezidenti olana qədər orada təcrübə qazansın. Rövşən Nəcəf “Neftçi”ni elə bərbad idarə etdi ki, futbol ictimaiyyətində “onu AFFA-ya gətirmək olmaz” inamı formalaşdı. Amma gətirdilər, sanki Rövşən Nəcəf “Neftçi”də “uğur” qazanıbmış.

“Bəs İcraiyyə Komitəsində kimlər təmsil olunacaq? Elmar Məmmədyarovu kim əvəz edəcək? Elmar Məmmədyarovu elə Elmar Məmmədyarov – Xəyal Cəfərov əvəz edəcək. Bu adamın futbolla bağlı hansı ideyası, planı, təklifi var? Ülvi Mansurov kimdir? Onun AFFA-da nə işi var? Atası Eldar Mansurov orada olsaydı, daha yaxşı olardı. Eldar müəllim ara-sıra futbolla bağlı açıqlamalar verib və hiss olunur ki, bu sahəni bilir”, – deyə o, əlavə edib.

Həmsöhbətimiz qeyd edibki, “Sabah”da heç bir iş yarıtmayan Maqsud Adıgözəlov və Azərbaycanda futzalın axırına çıxan Zaur Axundov İcraiyyə Komitəsində olacaq:
“Rövnəq Abdullayevin vaxtında İcraiyyə Komitəsində bir xanım – Könül Mehtiyeva vardı. İndi biri də olacaq – Leyla Xəlilova. Leyla xanım nə verəcək Azərbaycan futboluna?

Bundan başqa, köhnə İcraiyyə Komitəsində təmsil olunan İsgəndər Cavadovun dili indi açılıb, müsahibə verib deyir ki, biz təkliflər verirdik, amma orada olan qeyri-peşəkarlar qəbul etmirdi.

İndi yeni İcraiyyə Komitəsinə də gözdən pərdə asmaq üçün Qurban Qurbanovu salıblar. Qurban Qurbanovun orada nə işi var? Adama şərait yaradılmalıdır ki, gedib “Qarabağ”ı daha da inkişaf etdirməlidir”.

Jurnalist sual edib ki, bu şəxslər Qurban Qurbanovun təkliflərini qəbul edəcəklər: “Qətiyyən. Qurban Qurbanov özü danışıb, özü də eşidəcək. Böyük ehtimalla, bir ildən sonra da İcraiyyə Komitəsindən istefa verəcək. Bir sözlə, Azərbaycan futbolu yağışdan çıxıb, yağmura düşüb.

İndi Azərbaycanda hər kəs Gürcüstan yığmasının uğurundan danışır. Gürcülər bu uğuru əldə etmək üçün 15-20 ildir ki, sistemli iş görürlər. Avropanın bütün çempionatlarında gürcü futbolçular oynayır. Bizim onların uğurunu əldə etməyimiz mümkünsüzdür.

Azərbaycanda futbolçu yetişmir. Bunun üçün nə infrastruktur var, nə də kadr. Bu işə indi start verilsə, 20 ildən sonra gürcülərin uğurunu təkrarlaya bilərik.

Amma AFFA-ya bundan sonra kimlərin rəhbərlik edəcəyinə baxdıqda, tam əminliklə demək olar ki, heç bir uğur olmayacaq.
Mən hələ ondan qorxuram ki, bu şəxslər “Qarabağ”ın da axırına çıxsınlar.

Belə kadrlarla Azərbaycan futbolunun ağ günə çıxacağına inanmaq sadəlövhlük olardı”.

Rafi Müslümov

www.yenicag.az

1497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv