Afrika Birliyi: Merkator xəritəsindən imtina edilməlidir

media-hightechnic-468x90

Afrika Birliyi (AU) qitənin dünya xəritələrində olduğundan kiçik göstərilməsinə etiraz olaraq Merkator proyeksiyasının istifadəsinin dayandırılmasını tələb edib.

Yenicag.az xəbər verir ki, təşkilat hökumətləri və beynəlxalq qurumları Afrika qitəsinin real ölçülərini daha dəqiq əks etdirən yeni xəritə proyeksiyalarına keçməyə çağırıb.

AU Komissiyası sədrinin müavini Selma Malika Haddadi bildirib ki, Merkator xəritəsi Afrika haqqında yanlış təsəvvür formalaşdırır və qitəni “önəmsiz” kimi göstərir.

“Correct The Map” təşəbbüsünün dəstəklədiyi kampaniya “Equal Earth” proyeksiyasının istifadəsini təklif edir. Keyptaun Universitetinin professoru Karlos Lopes isə məsələni “yalnız kartoqrafik mübahisə deyil, həm də şərəf, təhsil və diplomatiya məsələsi” adlandırıb.

Xatırladaq ki, “Google Maps” 2018-ci ildə masaüstü versiyada Merkator xəritəsini 3D kürə ilə əvəzləyib, NASA və Dünya Bankı isə artıq “Equal Earth” və “Winkel-Tripel” proyeksiyalarından istifadə edir.

AU Afrika ölkələrinin təhsil sistemlərində və mediada yeni xəritələrin tətbiqinə başlanmasını hədəfləyir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa