!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağacların kəsilməsi faktları üzrə 5 cinayət işi başladıldı

!Reklam – Yazi

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Yenicag.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Xaçmaz, Siyəzən, Zaqatala, Oğuz və Samux rayonlarının ərazilərində aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

Aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə ağacların və meşə fonduna aid olmayan ağacların kəsilməsi faktları öz təsdiqini tapıb.

Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən, faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 308.1-ci maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilmişdir.

COP29

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv