Ağdamın keçilməz küçələrinə göz yuman RƏSMİ QURUMLAR: "Şagirdlər belə məktəbə gedə bilmirlər.." - VİDEO

media-hightechnic-468x90

Ağdam rayonunun Alıbəyli-2 qəsəbəsi uzun müddətdir ki, yol problemindən əziyyət çəkir.

Yenicag.az xəbər verir ki, qəsəbənin zamanında salınmış asfalt örtüyü tamamilə dağılıb.

Bundan əlavə, qəsəbə daxilindəki 1,5 km yol isə ümumiyyətlə asfaltlanmayıb. Havalar yağışlı keçəndə qəsəbənin yolu keçilməz olur.

Qəsəbə sakinlərinin sözlərinə görə, dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə və müvafiq qurumlara şikayət olunsa da, yolun vəziyyəti ilə maraqlanan qurum olmayıb.

Şikayətçilər bildirir ki, yağışlı havalar olanda qəsəbədəki şagirdlər belə məktəbə gedə bilmirlər.

Fotoları sizə təqdim edirik:

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600