Sumqayıtda dənizdə üç nəfər batdı: Birinin meyiti tapıldı

media-hightechnic-468x90

Sumqayıtda dənizdən meyiti çıxarılan şəxsin kimliyi məlum olub.

media-banner_tuq
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseynlinin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05