Ağır yol-nəqliyyat hadisəsi – Xanım sürücü öldü

Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Suraxanıda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.