!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təyyarə faciəsinin ƏSL SƏBƏBİ: Beynəlxalq ekspertlər versiyalarını irəli sürdülər - RƏYLƏR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin “qəza”ya uğraması nəticəsində 38 nəfər həlak olub. Baş vermiş hadisənin səbəbi hələlik bilinməsə də, Azərbaycan hökumət rəsmiləri ilkin versiya kimi, təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu ehtimalını dilə gətiriblər.

Novayaepoxa.com” hadisə ilə bağlı beynəlxalq ekspertlərin fikirlərini öyrənib.

Hərbi analitik David Gendelman bildirib ki, hava gəmisinin göyərtəsindəki izlər “Pantsir-S” hava hücumundan müdafiə sisteminin yarada biləcəyi zədələrdir.

Hərbi analitik bunun göz qabağında olduğunu əlavə edib.

İsrailli politoloq İbrahim Şmuleviç isə “Novayaepoxa.com“a açıqlamasında “xarici təsir” ehtimalı üzərində dayanıb:

“Eyni versiyanı sağ qalan sərnişinlər də təsdiqləyir, onlar iddia edirlər ki, qəzadan bir qədər əvvəl partlayış səsi aydın eşidilib. Təyyarənin quyruğundakı zədələri aydın göstərən kadrları hər kəs görüb.

Burada çox qəribə iki şey var.

Birincisi, niyə təyyarə Qroznıya enmədi? Rəsmi açıqlamada deyilir ki, orada duman olub. Amma hadisə şahidləri və bir çox ekspertlər duman olmadığını iddia edirlər. Çox güman ki, təyyarə Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Onlar təyyarənk Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə səhv salıblar. Bu, ən ağlabatan versiyadır. Quş sürüsü ilə bağlı versiyaya gəlincə, əlbəttə ki, buna heç kim inanmır. Keçmişdə mülki təyyarələrin vurulduğu hallar olub; Praktikada belə bir faciə baş verərsə, o zaman bu cür faciəyə görə məsuliyyət daşıyan ölkə bunu etiraf edir”.

“Və başqa bir sual yaranır. Təyyarə niyə Qazaxıstanın Aktau şəhərinə göndərilib?” – deyən politoloq sözlərinə belə davam edib:

“Əksər ekspertlər bunun Rusiya hakimiyyəti tərəfindən izlərini ört-basdır etmək üçün qəsdən edildiyi qənaətindədirlər. Günahı, belə demək mümkünsə, Qazaxıstan hakimiyyətinin üzərinə atmaq istəyirlər. Bu vəziyyətdə Rusiya hakimiyyəti özünü çox yaramaz apardı. Heç bir yardım da göstərmədilər, amma eyni təyyarədə Rusiya vətəndaşları da var idi. Şəxsən mən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və ümid edirəm ki, Rusiya hakimiyyəti bunu etiraf etməyə cəsarət göstərəcək”.

Cəmilə Çebotaryova

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv