“Ağlını başına yığsın, qələt etməsin”

55874_pggihxuntnXalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanın onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xalq artisti açıqlamasında qeyd edib ki, Seyidcahan ağzına gələni danışdığı üçün əməkdar artist barədə tədbir görəcək:

“Deyəsən, Elza çaşıb. Qarşısındakı insanın böyüklüyünü görmür, ağzına gələni danışır. Nə günə qalmışıq ki, bizim millət vəkilimiz Elza kimisi ola bilər. Xalq nə günə qalıb ki, it, pişik oynadan Elza millət vəkili olmaq istəyir. Deyib ki, məgər parlamentdə oturanlar məndən artıqdır? Elza ayaqlarımı yuyubsa, deməli, çox cılız şəxsdir, ayaq yumaq onun borcudur.

Onunla “Ağ çiçəyim”i oxumağa peşman oldum, mənim səviyyəmdə adam deyil. O mahnını da heç oxumuram. Başından böyük danışdığı üçün cəzalanacaq. Elzanı məhkəmə ilə hədələmirəm, ağlını başına yığsın, qələt etməsin. Onun kimi hərəkətlər etsəydim, məni məhkəməyə vermək olardı. Savadlı musiqiçidir, amma müğənni deyil. Parlamentdə oturmağa yaramır, çünki məclisdə savadlı insanlar əyləşir.

Mən bir dəfə 2000-ci ildə Yasamal rayonundan deputatlığa namizəd olmuşam. O zaman bəziləri mənim ayağımın altını qazdılar, saat 6-da məntəqəni yandırdılar. Saat 3-də artıq deputat seçilmişdim, nəticələr yandırıldı. Bu hadisəni ANS də çəkmişdi. Haqqıma girdilər. Ürəyimdə deputatlıq istəyi qalmayıb. Özümü millət vəkillərindən əskik saymıram. Xalqım, dövlətim üçün işlər görürəm. Mənim hörmətim var. Ay Elza, Allah sənə şəfa versin. Doğrudan da, o xəstədir. Elzanın mənim qədər titulu olsaydı, mənim qədər hörmət qazansaydı, nə edərdi? Dilini qarnına qoysun.

Millət vəkili olacaqsa, olsun. Bir dənə də meymunoynadan deputatımız olar. Heç kimi təhqir etməmişəm, o mənim tayım deyil. Özünü xalqa güldürür. Onun kimə arxayın olduğunu bilmirəm. Mən dövlətimə, xalqıma güvənirəm. O boynunun ardını görsə, parlamentdə oturar. Dilini saxlamasa, ona qarşı başqa-başqa hərəkətlər edəcəm. Çərənləyib, qələt edib. Onu mən yerində otuzduraram. O mənim çeçələ barmağım da ola bilməz”.

Qeyd edək ki, saytımıza açıqlamasında Seyidcahan “Neçə il bundan əvvəl İlhamə Quliyeva qapı-qapı gəzib, insanlardan səs toplayırdı. Millət vəkili olmaq, parlamentdə oturmaq onun ən böyük arzusu idi” fikirlərini səsləndirmişdi(qafqazinfo).