Ramindən doğum günü ETİRAFI: “Hələ bu günə kimi...”
“Arzum qızlarımın xoşbəxt günlərini görməkdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında rejissor Ramin Hacıyev doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Rejissorun “Təmtəraqlı doğum günləri keçirməyi xoşlayırsınızmı” sualına cavabı belə olub:
“Hələ bu günə kimi doğum günlərimi təmtəraqla qeyd etməmişəm deyə bilmirəm, təmtəraqlı doğum günü necə olur. Ona görə də heç bilmirəm, təmtərağı sevim, ya yox”.
O, rəqəmlər dəyişdikcə, həyatının da dəyişdiyini bildirib:
“Əlbəttə, rəqəmlər artdıqca yaş üstünə yaş gəlir və çox şey dəyişir. Mənə elə gəlir ki, həyatın, yaşamağın, insanların, cəmiyyətin, düşüncələrin, təfəkkürlərin əsasını, bünövrəsini anlamağa başlayıram”.
Rejissorun ən böyük arzusu övladları ilə bağlıdır:
“Arzum qızlarımın xoşbəxt günlərini görməkdir”.
Cəvahir












