“İlan”dan qurtulub, “At”dan MURAD İSTƏYƏNLƏR: Sənətçilərin “2026”dan GÖZLƏNTİLƏRİ

media-hightechnic-468x90

Qarşıdan gələn 2026-cı il Şərq təqviminə görə “Alovlu qırmızı at ili” olacaq və daha çox enerji, cəsarət, dinamika, hərəkətliliklə yadda qalacaq. Azadlıq, dəyişiklik və yeniliklər ili sayılan At ili riski sevən, yeniliklər axtarışında olan və qorxmadan hərəkət edən cəsarətli insanlara daha çox uğur vəd edir.

Yenicag.az-a danışan tanınmışlar “İlan”ı necə yola salır və At ilindən nə gözləyir?

Aşıq Zülfiyyə:

“İlanı yola salırıq. Hər kəs, məncə, ilan ilində süründü. Babalarımız at muraddır deyib. 2026-cı ildə, yəqin ki, ürəyimizdə nə murad varsa, hamısına çatdırar”.

Eldəniz Məmmədov, müğənni:

“İlan ili normal keçdi. Amma il nə nə qədər yaxşı keçsə də, yenə də dedik, filan arzumuz qaldı, yerinə yetmədi. Yəni arzular bitib-tükənmir. Atdan gözləntilərim çoxdur. Yəqin ki, at bizi muradımıza çatdırar”.

Aktyor, Əməkdar artist Rəhman Rəhmanov:

“İlan mənimlə mehriban davrandı, illərlə arzuladığım niyyətim gerçəkləşdi. İstəyirdim, “Aybolit” tamaşası səhnələşdirilsin, mən orada baş rolda oynayım. Arzuma çatdım. İl mənə düşərli oldu. Amma “At”dan da çox şey gözləyirəm. Çünki at murad deməkdir. Qarşıdan 70 illik yubileyim gəlir. İllərlə arzuladığım daha bir tamaşa da var, istəyirəm, həmin tamaşa səhnələşdiilsin və mən o tamaşada baş rolda oynayım. Yəqin ki, At ilində bu arzum gerçək olacaq”.

Şölə Səfərləliyeva, Əməkdar artist, müğənni:

“Yenə il haçan başladı, haçan bitdi, xəbərimiz olmadı. İstər şəxsi həyatla, istərsə də işlə bağlı planlarım var idi. İşlə bağlı planlarım həyata keçdi. At ilində isə gözləntilərim hər şeydən əvvəl doğmalarımın və özümün can sağlığımızla bağlıdır. Yaradıcılıq da öz yerində. İlin ilk ayında, ya fevralda Qaya Dövlət Ansamblı ilə birgə solo konsertim olacaq. Düşünürəm ki, izləyicilər “nə aldınız, nə geyindiniz, kimi sevirsiniz, bunu neçəyə almısınız” kimi bayağı söhbətlərdən, şəxsi məsələlərdən yorulub. At ilində, yəqin ki, daha çox yaradıcılıqla bağlı maraqlanacaqlar. Arzu edirəm, televiziyalarımızda bayağı mövzular yığışdırılsın. İnanmıram, belə tez bir vaxtda bu, mümkün olsun, amma iştənilən halda, belə verilişlərə getmirəm. Gələn il də belə olacaq”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa