!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ahıl ər və arvadı öldürən şəxs saxlanıldı – Təfərrüat

!Reklam – Yazi

hebs1-300x224-300x224Keçən həftə Lənkəranda ahıl ər və arvadı öldürən şəxs saxlanılıb.

“Report”un Cənub bürosunun əldə etdiyi məlumata görə, qətli törədən Fəqan Mikayılov adlı Lənkəran şəhər sakini olub.

Hazırda o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən istintaqa cəlb olunub.
Hadisənin təfərrüatına gəlincə, araşdırmalar nəticəsində aydın olub ki, qətlə yetirilən 77 yaşlı Aydın Allahverdiyev uzun illər ticarətlə məşğul olub. Maddi vəziyyəti yaxşı olub. Hətta sələmə pul da verib.

Qətl də 1000 manat pul üstündə olub. Gecə saatlarında evə daxil olan F.Mikayılov 75 yaşlı Azadə Allahverdiyeva ilə üz-üzə gəlib. F.Mikayılov əlindəki odun parçası ilə qadının baş nahiyəsindən zərbə endirib. F.Mikayılov digər otağa keçərək A.Allahverdiyevin yaxasından yapışıb və ondan 1000 manat pul tələb edib. Ev sahibi qışqıraraq köməyə çağırmaq istədikdə F. Mikayılov onun da baş nahiyəsinə bir neçə güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərində Şəhidlər xiyabanı küçəsi 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Allahverdiyevanın üzərində xəsarətlər olan meyitləri aşkarlanmışdı.

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv