!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ Yaponiya arasında saziş - Milyardlarla avroya qənaət

!Reklam – Yazi

Avropa İttifaqı və Yaponiya arasında imzalanan iqtisadi əməkdaşlığa dair sazişi ilə milyardlarla avroya qənaət olunacaq.

Hazırda mövcud olan şərtlərə əsasən, Avropa İttifaqı (Aİ) şirkətləri hər il Yaponiyaya ixrac etdikləri mallar üçün təxminən 1 milyard avro məbləğində rüsum ödəyirlər. Bu sazişin imzalanması həmin rüsumların böyük hissəsinin aradan qaldırılmasına şərait yaradacaq.

Yenicag.az xəbər verir ki, sazişin şərtləri ilə bağlı danışıqlar hələ 2013-cü ildə başlanıb. Tərəflər arasında prinsipial razılaşma 2017-ci ilin iyul ayında əldə edilib, danışıqlar isə dekabr ayında başa çatdırılıb. Sazişlə bir sıra pendir məhsullarına (hazırda bu məhsullar üçün Yaponiya 29,8 faizlik rüsum tutur) və şəraba (hazırda şərablar üçün orta hesabla 15 faizlik rüsum tutulur) görə tutulan rüsumlar aradan qaldırılacaq. Aİ Yaponiyaya mal ətinin ixracını əsaslı şəkildə artıra biləcək, təzə ət üçün rüsumsuz ixrac mümkün olacaq.

Bundan əlavə, saziş Yaponiya xidmət bazarlarına və tədarük bazarlarına yol açır.

Aİ-nin ticarət üzrə komissarı xanım Sesiliya Malmstrom deyib: “Yaponiya ilə birlikdə biz bütün dünyaya nümayiş etdiririk ki, iki ən nəhəng iqtisadiyyata malik güc həm birtərəfliliyə, həm də proteksionizmə qarşı çıxaraq əvvəlki kimi açıq ticarətə etibar edirlər. Bu sazişin iqtisadi üstünlükləri göz qabağındadır – milyardlarla avro rüsuma qənaət olunması, gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin yolundakı əngəllərin aradan qaldırılması. Bütün bunlar isə hər iki tərəfə aid şirkətlərə ixracatı artırmağa və bizneslərini genişləndirməyə imkan yaradacaq”.

Saziş Avropa və Yaponiya parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra – 2019-cu ildə qüvvəyə minə bilər./Azərtac/

COP29

www.yenicag.az

3348
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv