Gənc aktyor Ramil Zeynalovun anası dünyasını dəyişib.
Yenicag.az-a bu barədə aktyorun yaxın dostu Rasət Mehdiyev məlumat verib. Onun sözlərinə görə, aktyorun anası Xumarə Zeynalova uzun müddət qaraciyərilə bağlı xəstəlikdən əziyyət çəkib. Müalicə olunan X.Zeynalovanın dünyasını dəyişməsinə səbəb vəziyyətinin qəfil pisləşməsi olub.
Mərhum bu gün ata-baba yurdu Bərdə rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!
Qeyd edək ki. R.Zeynalov 2000-2004-cü illərdə Gənc Tamaşaçılar Teatrında çalışıb. 2004-cü ildə Şuşa Dövlət Dram Teatrında fəaliyyət göstərib. Rusiya istehsalı olan “Russkiy Perevod” (2006) serialında çəkilib. Azərbaycanda “Durnalar qayıdanda”, “Məhkumlar”, “Bir ovuc torpaq” və digər filmlərdə rol alıb.
Cəvahir