!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alman ordusunda sular durulmur - Ölüm siyahısı ortaya çıxdı

!Reklam – Yazi

Alman Ordusunda “Hannibal” ləqəbli podpolkovnik Andre S.-nin və neonasist təşkilatlarla əlaqəli olan ordu üzvlərinin məhkəməsindən sonra yeni bir qalmaqal başladı.

Yenicag.az xəbər verir ki, sağçı təşkilatlarının təsir gücünü gündən-günə genişləndirdiyi Alman ordusunda ortaya çıxan ölüm siyahısı böyük müzakirə mövzusuna çevrilib.

Yəhudi icmasının media orqanı Şalomdan Egemen Cantürkün verdiyi xəbərə görə, sağçı əsgərlərin yaratdığı iddia edilən siyahıda 17 ən yaxşı siyasətçinin adı çəkilir. Siyahıda siyasətçilərin ev ünvanları və mobil telefonlarının da olduğu bildirilib. Alman Federal Cinayət İdarəsinin hərtərəfli araşdırma başlatdığı bildirilir.

Digər tərəfdən, ölüm siyahıları ortaya çıxdıqdan sonra siyasətçilər üçün təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilir. Siyahıda Yaşıllar partiyasından olan türkiyəli siyasətçi Cem Özdemir, Sol Partiyadan olan Yəhudi əsilli Gregor Gysi və Xarici İşlər Naziri Heiko Maasın adları var.

Səlahiyyətlilər, ölüm siyahısına dair ətraflı məlumat verməkdən çəkinirlər.

www.yenicag.az

1114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv